Nəsimidə “Dini ekstremizmə qarşı mübarizə” mövzusunda seminar-Fotolar

Nəsimi Rayon İcra Hakimiyyətində Nəsimi, Yasamal və Nərimanov rayon prokurorlarının, Daxili İşlər və Ədliyyə nazirliklərinin, Dövlət Təhlükəsizliyi Xidmətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yerli strukturlarının rəhbərlərinin iştirakı ilə seminar-müşavirə keçirilib.
Nəsimi Rayon İcra Hakimiyyətindən XALQ.AZ-a bildiriblər ki, tədbirdə əvvəlcə “Fitnə” filmi nümayiş olunub.
Sonra çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, Azərbaycan dövləti dünyəvi dövlət olmasına baxmayaraq, bütün dinlərə və dindarlara böyük ehtiram göstərir və diqqət ayırır:
“Azərbaycan regionun ən stabil və sakit ölkəsidir. Bu sabitliyin və əmin-amanlığın ölkəmizdə qorunmasının qarantı isə Azərbaycan dövlətidir”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov qeyd edib ki, bu gün dünyada İslam və digər dinlərdən başqa məqsədlər üçün istifadə edən radikal qüvvələr var:
“Bu radikal qüvvələr xüsusilə gəncləri öz sıralarına cəlb etməyə çalışırlar. Komitə sədrinin müavini bu cür təbliğatların qarşısının alınmasında maarifləndirmə tədbirlərinin vacibliyini vurğulayıb”.
Qeyd edilib ki, dini radikalizmin qurbanı olan insanların, eləcə də cinayət məsuliyyətinə cəlb edilən şəxslərin timsalında bu problemin cəmiyyət və dövlət üçün nə qədər təhlükəli olduğu “Fitnə” filmi vasitəsilə dolğun şəkildə göstərilir. Eyni zamanda, Azərbaycanda dinlər, məzhəblər arasında tarixən mövcud olan birlik və bərabərlik, xalqımızın tolerantlıq ənənələri, dövlətin bu sahədə həyata keçirdiyi siyasətin mahiyyəti qısa, lakin aydın şəkildə işıqlandırılır.
Sonra Baş Prokurorluğun idarə rəisinin müavini Novruz Hacıyev, Daxili İşlər Nazirliyinin əməkdaşı Oqtay Tağıyev, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Şahin Həsənli də çıxış edərək dini radikalizmə qarşı mübarizənin psixoloji, hüquqi, siyasi və mənəvi aspektlərindən bəhs edən “Fitnə” filminin bu mübarizədə önəmli təsir gücünə malik olduğunu bildiriblər.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.
Фото Nəsimi Rayon İcra Hakimiyyəti.