Nadir izləyicilərini təhqir etdi

Müğənni Nadir Qafarzadə növbəti dəfə qalmaqallı sözlər yazıb

XALQ.AZ  big.az-a istinadən xəbər verir ki, təhqirlərdən bezən müğənni instaqram səhifəsində izləyicilərinə ünvanladığı statusda bunları yazıb:

“Onlar bizi incitmirlər. Sadəcə olaraq, hürürlər, amma dişləyə bilmirlər. Nə edək ki, Allah bizi seçib. Əgər sən uğursuzsansa, bu, sənin öz günahındır. Çalış xoş söz de ki, Allah da sənə xoş gün göstərsin. Nə qədər söyüş söysən, Allah da sənə qara gün göstərəcək. Çünki tanrı pis sözləri sevmir. Heç olmazsa 10 mübarək söz de ki, Allah ondan birini eşitsin və sənə uğur nəsib etsin”.

 

 

Orxan