Naftalanda aztəminatlı ailələrə yardım edildi – Foto

Naftalan Şəhər İcra Hakimiyyəti və Millət vəkili tərəfindən aztəminatlı ailələrə yardım olunub.

XALQ.AZ xəbər verir ki, koronavirus infeksiyasının sürətlə yayılma təhlükəsini nəzərə alaraq ölkəmizdə elan olunmuş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq, Naftalan şəhərində  profilaktik tədbirlərlə yanaşı, eyni zamanda sosial tədbirlərdə həyata keçirilir.
       

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Millət Məclisin deputatı Anar Məmmədov tərəfindən aztəminatlı ailələrə, qayğıya ehtiyacı olan və tənha yaşayan vətəndaşlara yardım edilib.
     

Müxtəlif ərzaq məhsullarından və tibbi ləvazimatlardan (tibbi spirt, maskalar və əlcəklər) ibarət bağlamalar Şəhər İcra Hakimiyyətinin əməkdaşları tərəfindən sahiblərinə çatdırılıb.

This image has an empty alt attribute; its file name is IMG_3503.JPG

XALQ.AZ