Naftalanda qazi özünü icra hakimiyyətinin önündə niyə yandırdı?

Naftalanda qazi Tağıyev İlkin Həmid oğlu özünü yandırıb.

Bu barədə sosial şəbəkədə  məlumat yayılıb.

Bildirilib ki, İlkin Tağıyev hadisəni Naftalan şəhəri İcra Hakimiyyəti inzibati binasının önündə edib. Qazi İcra hakimiyyətində onu aldatdığı iddia edib.

Aır yanıq xəsarətləri alan İlkin Tağıyev ilkin müayinədən sonra Bakıdakı Respublika Yanıq Mərkəzinə göndərilib.

*****

İyunun 20-də Vətən müharibəsi iştirakçısı, 1993-cu il təvəllüdlü İlkin Tağıyevin Naftalan şəhəri ərazisində üzərinə tez alışan maddə tökərək özünü yandırması faktı üzrə Goranboy rayon prokurorluğunda araşdırma aparılır.