Naftalanda şəhid və qazi uşaqları üçün tədbir keçirildi-Fotolar

Naftalan Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, “Gold Naftalan” Sanatoriya Kompleksinin dəstəyi ilə sanatoriyanın ərazisində açıq havada şəhid ailələrinin və qazilərin uşaqlarına 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir təşkil olunub.

XALQ.AZ xəbər verir ki, tədbirdə uşaqlar üçün xüsusi əyləncəli proqramlar hazırlanıb, uşaqlara hədiyyələr təqdim edilib.

Qeyd edək ki, həftənin bazar günləri Naftalan şəhərində yeni fəaliyyətə başlayan “Gold Naftalan” sanatoriya kompleksi şəhid ailələrinin, qazilərin, Vətən müharibəsi iştirakçılarının uşaqlarını ödənişsiz olaraq kompleksin əyləncə mərkəzində əylənməyə, atraksionlardan, hovuzdan  istifadə etməyə dəvət edir.

Tədbir “COVID-19” pandemiyasının qaydalarına uyğun həyata keçirilib.


Возможно, это изображение (6 человек, люди стоят и на открытом воздухе)

XALQ.AZ