Naqif Həmzəyev AŞPA-da yeni vəzifəyə seçildi

Naqif Həmzəyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçilib.


XALQ.AZ-ın xəbərinə görə, bu barədə Naqif Həmzəyev məlumat verib.


N.Həmzəyev bildirib ki, Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının ilk günü qurumun prezidentinin və vitse-prezidentlərinin, Büro və Daimi Komitə üzvlərinin seçilməsi ilə başlayıb: “Bu gün isə komitə iclası zamanı həmkarım xanım Sahibə Qafarovanın təklifi ilə əlillik, çoxluq və diskriminasiya alt komitəsinin büro üzvü və sədr müavini seçildim. Namizədliyimi dəstəklədikləri üçün AŞPA Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov və həmkarım Sahibə Qafarovaya dərin təşəkkürümü bildirirəm”.