Naqif Həmzəyevin deputatlığa namizədliyi qeydə alındı

Naqif Həmzəyevin deputatlığa namizədliyi qeydə alınıb.

XALQ.AZ-ın xəbərinə görə, N.Həmzəyev namizədliyini 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə irəli sürüb.

N.Həmzəyev 2015-ci ildən həmin seçki dairəsinin deputatıdır.

Qeyd: Azərbaycanda 2020-ci ilin fevralın 9-da növbədənkənar parlament seçkiləri keçiriləcək.

XALQ.AZ