NATO Liderlər Zirvəsi keçirilir

Litvanın paytaxtı Vilnüsdə dövlət və hökumət başçılarının iştirak etdiyi NATO sammiti işə başlayıb.

Prezident Rəcəb Tayyib Ərdoğanın da qatıldığı sammitdə İsveçin NATO-ya üzvlüyü, Ukrayna-Rusiya müharibəsi və NATO-nun yeni hərbi planları müzakirə olunacaq.

Qeyd edək ki, Prezident Rəcəb Tayyib Ərdoğan NATO dövlət və hökumət başçılarının iştirak etdiyi sammitində Fransa prezidenti Emmanuel Makronla görüşüb.

Zirvə çərçivəsində prezident Ərdoğanın LITEXPO sərgisində görüşləri davam edir.