NATO-nun nümayəndələri ilə görüş keçirilir

Hərbi təhsil sisteminin inkişafına dəstək üzrə NATO-Azərbaycan birgə fəaliyyət planına uyğun olaraq Müdafiə Təhsilinin Genişləndirilməsi Proqramı (DEEP) çərçivəsində NATO-nun ekspert qrupu tərəfindən Müdafiə Nazirliyi və Alyansın mütəxəssisləri arasında işçi görüşü keçirilir.

XALQ.AZ xəbər verir ki, bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Silahlı Qüvvələrin Hərbi Akademiyasında iyulun 27-dək davam edəcək işçi görüşdə müasir pedaqoji texnologiyalar, taksonomiyanın əsasları və s. bu kimi məsələlər ətrafında müzakirələr aparılacaq.

 

 

Orxan