Naxçıvan “Gənclər paytaxtı” oldu

Naxçıvan şəhəri 2018-ci ildə Azərbaycanın “Gənclər paytaxtı” elan edilib. Trend-in məlumatına görə, bu barədə 2 fevral – Gənclər günü ilə bağlı keçirilən tədbirdə elan edilib.

XALQ.AZ  Trend-ə istinadən bildirir ki, Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə “Gənclər paytaxtı” seçilib.

“Gənclər paytaxtı”nın simvolik açarı Naxçıvan MR-in gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.