Naxçıvanda Forumu keçirilir

Naxçıvanda Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondu, Türk Əmədaşlıq və Koordinasiya Agentliyi və Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin birgə təşkilatçılığı ilə “Bir millət, iki dövlət” Forumu keçirilir.

 Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Türkiyə Respublikasının Prezidenti yanında Təhlükəsizlik və Xarici Siyasət Şurasının üzvü, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun rəhbəri Aygün Attar, Azərbaycan Milli Məclisi sədrinin müavini Adil Əliyev, “TÜRKSOY”un baş katibinin köməkçisi Seyid Yusif, Azərbaycan Milli Məclisinin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri, professor Hicran Hüseynova və digər rəsmi şəxslər iştirak edirlər.