Naxçıvanın Baş naziri işdən çıxarıldı

Naxçıvan Muxtar Respublikasının Baş naziri Əlövsət Baxşıyev vəzifəsindən azad edilib.

XALQ.AZ xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri   Vasif Talıbov mayın 14-də fərman imzalayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisində müşavirə keçirilib ...

Fərmana əsasən, Əlövsət Qəzənfər oğlu Baxşıyev Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsindən azad edilib.

Qeyd edək ki, Ə.Baxşıyev 2000-ci ilin fevralın 11-dən Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsində çalışırdı.