Nazim İbrahimov qardaşını həbsdən xilas etdi?

 

87

Nazim İbrahimov 2008-ci ildə 27 min manatra özəlləşdirdiyi uşaq bağçasını bu ilin mayında 700 min manata sataraq qardaşını həbsdən qurtarıb 

Ötən gün xəbər vermişdik ki, Şəki şəhər sakinləri icra başçısı Nazim İbrahimov və qardaşı Ürfət İbrahimovdan şikayət edirlər. Belə ki, redaksiyaya müracuət edən Şəki sakini Valeh Yusifli bildirmişdi ki, icra başçısının qardaşı vətəndaşları aldadaraq dələduzluq edib.

O qeyd etmişdi ki, 2004-2010-cu illərdə Şəki şəhərinin icra başçısı olmuş Nazim İbrahimovun bazarkom qardaşı Ürfət İbrahimov yüzlərlə sadə həmyerlimizi aldadaraq, onların bazarda yer verəcəyi vədilə pullarını qeyri-qanuni mənimsəmiş və dələduzluq etmişdir. “Lakin çox təəssüflər olsun ki, Korrupsiyaya Qarşı Mübarizə İdarəsi bu tamahkarı Cinayət Məcəlləsinin 4 maddəsi üzrə günahlandırsa da, sonda Şəki Ağır Cinayətlərə Dair Məhkəməsi hansısa maraqlardan ona bəraət vermişdir. Bəs istintaqdan və məhkəmədən gizlədilən yerdə qalan yüzlərlə zərəçəkmişin taleyi necə olsun?”

Bu gün isə redaksiyamıza müraciət edən Şəki sakinləri daha bir maraqlı açıqlama veriblər. Onların JAM.AZ-a verdiyi məlumata görə, Nazim İbrahimov hələ 2008-ci ildə “Şəki İpək” ASC-nin balansında olan uşaq bağçasını 27 min manata özəlləşdirib. Bu ilin mayında isə həmin obyekti türk iş adamlarına 700 min manata satıb. Məlumatı verənlər iddia edir ki, keşmiş icra başçısı uşaq bağçasından aldığı pulu qardaşının həbsdən qurtarmasına sərf edib.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.