Nazir Bakı Baş Polis İdarəsinə rəis təyin etdi

Bakı şəhər Baş Polis İdarəsinə rəis təyin edilib.

XALQ.AZ-ın məlumatına görə, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Əkbər İsmayılov Bakı Şəhər Baş Polis İdarəsinə rəis gətirilib.


 
Polis polkovniki  Ə. İsmayılov bundan əvvəl Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi olub.