Nazir: “İmkansız ailələr forma üçün direktora müraciət edə bilər”

“Sosial durumları zəif olan ailələr vahid məktəbli formasını əldə etmək üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər”.
Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.
“Tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər”, – nazir vurğulayıb.