Nazir istefa verdi

58

 

Ukraynanın İqtisadiyyat naziri Pavel Şeremeta istefa verib. 

 

XALQ.AZ  Axar.az-a istinadən məlumatına görə, Şeremeta istefa ərizəsini hökumətin iclası getdiyi zaman yazıb və Baş nazir Arseni Yaçenyuka təqdim edib.

Nazirin istefa səbəbi barədə heç nə deyilmir.

Xatırladaq ki, Pavel Şeremeta 2014-cü ilin fevralında bu vəzifəyə təyin olunana qədər Kiyev İqtisadiyyat Məktəbinin rəhbəri olub.