Nazir Jerar Depardye ilə görüşdü

03

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev dünya şöhrətli fransız aktyoru Jerar Depardye ilə görüşüb.

Xalq.az  APA-ya istinadən verdiyi məlumata görə, Ə.Qarayev J. Depardyeni növbəti dəfə Bakıda görməkdən məmnun olduğunu bildirib,  son illər mədəniyyət sahəsinin inkişafından, bu sahədə görülən işlərdən danışıb.

Görüşdə son dövrlərdə inkişaf edən Azərbaycan-Fransa mədəni əlaqələri, məşhur aktyorla kino sahəsindəki əməkdaşlıq məsələləri və bu istiqamətdə perspektivlər müzakirə edilib.

J.Depardye əvvəlki səfərlərində olduğu kimi bu dəfə də Bakının gündən-günə gözəlləşdiyinin şahidi olduğunu deyib, habelə Azərbaycan mədəniyyətini sevdiyini bildirib.