Nazir komendant təyin etdi

Ali Baş Komandan İlham Əliyevin fərmanına uyğun olaraq, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmrilə Kəlbəcər rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Haqverdi Əkbərov Kəlbəcər rayonunun komendantı təyin olunub.

Bu barədə XALQ.AZ-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis baş leytenantı Eşqin Qasımov məlumat verib.

E.Qasımov qeyd edib ki, hazırda şöbənin əməkdaşları Kəlbəcər rayonundadırlar və komendant rejiminin yerinə yetirilməsinə nəzarət edirlər.