Nazir komendant təyin etdi

“Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” fərmanına uyğun olaraq müvafiq tədbirlər həyata keçirilməkdədir”.

XALQ.AZ xəbər verir ki, bu gün səhər saatlarından etibarən Kəlbəcər Rayon Polis Şöbəsi işğaldan azad edilmiş Kəlbəcər şəhərinin mərkəzinə yerləşdirilib:

“Daxili işlər naziri Vilayət Eyvazovun müvafiq əmri ilə Kəlbəcər Rayon Polis Şöbəsinin rəisi, polis polkovnik-leytеnantı Haqverdi Əkbərov komendant təyin edilib