Müdafiə Naziri, general-polkovnik Zakir Həsənov Milli Məclisin deputatı Hikmət Məmmədovu medalla təltif etdi.
XALQ.AZ məlumat verir ki, bu gün Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə Milli Məclisin deputatı Hikmət Məmmədov “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı ilə təltif olunub. Milli Məclisin deputatı Hikmət Məmmədova medalı Müdafiə Nazirliyinin Mənəvi-Psixoloji Hazırlıq və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi general-mayor Rasim Əliyev təqdim e dib .
Qeyd edək ki, “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalı “Azərbaycan Ordusunun 100 illiyi” ilə əlaqədar təsis edilib.
Comments are closed.