Nazir narazı şəhid vərəsələrini qəbul etdi

Şəhid hərbi qulluqçulara görə əvvəllər birdəfəlik ödəmə almadıqları iddiası ilə narazılıq edən bir qrup vərəsə bu gün növbəti dəfə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qarşısına toplaşıb.

XALQ.AZ xəbər verir ki, bunu nazirliyin mətbuat katibi Fazil Talıbov deyib.

O bildirib ki, həmin şikayətçiləri nazir Sahil Babayev qəbul edib:
“Onlara birdəfəlik ödəmələrin verilməsi ilə bağlı qanunvericilikdən irəli gələn prosedur izah olunub. Ötən dövrdə sığorta ödənişi almaq üçün rəsmiləşdirilmiş sənədlərin mövcud olduğu və rəsmi şəkildə onlara təqdim edildiyi bildirilib”.

 

 

Orxan