Nazir peyvənd olundu

Bu gündən ölkədə start verilən “COVID-19”a qarşı peyvəndlənmə tədbirlərindən biri də Bakı Sağlamlıq Mərkəzində keçirilir.

XALQ.AZ xəbər verir ki, vaksinasiya prosesində ilk olaraq səhiyyə naziri, 71 yaşlı Oqtay Şirəliyev peyvənd olundu.

TƏBİB-dən bildirilib ki, “COVID-19” vaksini Oqtay Şirəliyevdən başqa, ilkin olaraq “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya da vurulacaq.