Nazir polis kapitanını rəis təyin etdi

Göygöl rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinə yeni rəis təyin olunub.

XALQ.AZ xəbər verir ki,, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, sözügedən vəzifəyə polis kapitanı Azər Ələkbərov təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Gəncə DYP-də tağım komandiri vəzifəsində çalışıb.