Nazir qəbul keçirəcək

Ekologiya və təbii dərvətlər naziri Muxtar Babayev Hacıqabul rayonunda vətəndaşları qəbul edəcək.

XALQ.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, qəbul dekabrın 21-i saat 10:00-da Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Hacıqabul şəhəri, İsmət Qayıbov küçəsi 7) olacaq.

Görüşdə Hacıqabul, Şirvan, Saatlı və Sabirabad rayonlarının sakinləri iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün info@eco.gov.az və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 2 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi (ünvan: Şirvan şəhəri, İsmət Qayıbov küçəsi 16) ilə əlaqə saxlamaları (əlaqə telefonları: 055-459-60-00, 050-387-42-26, 012-585-45-47) xahiş olunur.

 

Orxan