Nazir rəisi vəzifəsindən azad etdi

Daxili İşlər Nazirliyi (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) şöbə rəisi polis polkovniki Vahid Nuriyev təqaüdə göndərilib.

XALQ.AZ-ın məlumatına görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, V.Nuriyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar 55 yaşında təqaüdə göndərilib. Onun yerinə hələ ki, təyinat yoxdur.