Nazir Səfirlə Şamaxıda

Bu gün Azərbaycanın Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev səfir Litzenbergerlə Şamaxı rayonunun Məlhəm kəndini ziyarət edib.

XALQ.AZ xəbər verir ki, səfər zamanı nazir və səfir Amerikanın hava texnologiyaları şirkəti Baron Weather şirkəti ilə birgə hava proqnozu stansiyasını istifadəyə verdilər.

Bu tərəfdaşlıq ABŞ ilə Azərbaycan arasındakı iqtisadi əməkdaşlığın iki ölkə üçün necə fayda gətirdiyinin növbəti gözəl nümunəsidir. Səfir eyni zamanda ağac əkmə mərasimində iştirak edib və iqlim dəyişikliyinin yaratdığı problemlərin həlli üçün nəzərdə tutulan təşəbbüsü alqışlayıb. ABŞ-ın olduğu kimi, Azərbaycanın da bölgələri böyük iqtisadi potensiala malikdir. Kənd sakinlərinin hər iki ölkənin iqtisadiyyatında oynadığı roldan qürur duyuruq!