Nazir yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.


XALQ.AZ xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.


Əmrə əsasən, Suraxanı Rayon Polis İdarəsinin (RPİ) rəisi, polis polkovniki Namiq Həsənov vəzifədən azad edilib.


Nazir digər əmri ilə o, DİN-in Baş Əməliyyat Statistik və İnformasiya İdarəsinin rəisi təyin olunub.