Nazir yeni rəis təyin etdi

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

XALQ.AZ-ın xəbərinə görə, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Xəzər Rayon Polis İdarəsinin (RPİ) 2-ci Polis Şöbəsinin (PŞ) rəisi, polis polkovniki Ülvi Məmmədov vəzifədən azad edilərək Suraxanı RPİ-nin 31-ci Polis Bölməsinin rəisi təyin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidməti faktı təsdiqləyib.