Nazir: “Yuxarı pillərlərdə bu tələb bir qədər aşağıdır”

Tale elə gətirib ki, bizim təhsilimiz təkməzhəbli olub. Bunu elm və təhsil naziri Emin Əmrullayev Bakı təhsil işçilərinin sentyabr konfransında deyib.
O bildirib ki, digər ölkələrdə təhsilin bütün pillələrində eyni səviyyəli inkişaf gedib:
“Çox zaman Finlandiya təhsilini misal göstərirlər. Finlandiyada məktəbəqədər təhsil müəssisəsində çalışanların böyük əksəriyyətinin minimum magistr təhsili olmalıdır, bəzən hətta doktorantura təhsili tələb edilir. Yuxarı pillərlərdə isə bu tələb bir qədər aşağıdır. Lakin bizdə bu pillədə çalışanların müəyyən bir hissəsi təhsili olmayanlardır”.