Nazirdən prokuror oğluna cəza

74

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində (DƏMX) genişləndirilmiş toplantı keçirilib. İclasda ciddi nöqsanlara yol verildiyi iddia olunan 2 saylı, 4 saylı, 23 saylı və 3 saylı regionlar üzrə Dövlət Əmək Müfəttişliklərinin rəislərinə, 3 saylı və 6 saylı müfəttişliyin rəis müavinlərinə töhmət verilib. Bundan başqa, ayrı-ayrı regionlar üzrə 7 əmək müfəttişi də töhmət alıb.

Bununla bağlı AzNews.az-a maraqlı fakt daxil olub.

Məlum olub ki, töhmət alan şəxslərdən biri Azərbaycanda mühüm postlardan birini tutan şəxsin oğludur.

6

 

Belə ki, nazirin qohumu kimi tanınan, Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Əlizadənin cəzalandırdığı şəxslərdən biri – 2 saylı regional Dövlət Əmək Müfəttişliyinin rəisi Emin Adıgözəlov Səbail rayon prokuroru Şirxan Adıgözəlovun oğludur.

 

8

 

Qeyd edək ki, prokuror Şirxan Adıgözəlov isə ölkədə geniş əlaqələri olan şəxs kimi tanınır və nazirlərdən birinin də yaxın adamıdır.