Nazirdən tələbələrə qüzəşt

 

 

Qərar qəbul olundu.

Azərbaycanın ali məktəblərində təhsil alan 470 tələbə təhsil haqqından azad edilib.

Xalq.az  xəbər verir ki, Təhsil Nazirliyindən APA-ya verilən məlumata görə, qəbul olunmuş qərara əsasən, Azərbaycanda ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş şəxslər təhsil haqlarından azad olunublar.

2013-2014-cü tədris ilində dövlət və özəl ali və orta ixtisas təhsili müəssisələrində ödənişli əsaslarla təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş tələbələrin sayı 470 nəfər təşkil edir. Onların təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.