Nazirdən yeni təyinatlar

Daxili işlər orqanlarında növbəti kadr dəyişikləri olub.

XALQ.AZ məlumat verir ki, bununla bağlı daxili işlər naziri, polis general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Niyaməddin Əliəhmədov Xidmət üzrə rəis müavini vəzifəsinə təyin olunub. O, bu təyinata qədər Sabirabad Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik şöbəsinin rəisi olub.

Həmçinin daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Elşən Talıbov Masallı Rayon Polis Şöbəsinin (RPŞ) xidmət üzrə rəis müavini, polis mayoru Elvin Əzimov isə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini vəzifələrinə təyin edilib.

E.Talıbov daha əvvəl həmin RPŞ-nin İctimai təhlükəsizlik bölməsinin rəisi, E.Əzimov isə şöbənin Təhqiqat bölməsinin rəisi olub.