Nazirin səhhəti pisləşdi-Həkimlərin ciddi nəzarətindədir

Gənclər və İdman naziri Azad Rəhimov komaya düşüb?

XALQ.AZ unikal.org-a istinadən xəbər verir ki, 4 aydır işə çıxmayan Azad Rəhimovun səhhətində ciddi problemlər yaranıb.

O, təcili ABŞ-a aparılıb, orada nazirə ağciyər xərçəngi və qaraciyər serrozu diaqnozu qoyulub. Cərrahi əməliyyat olunan Azad Rəhimovun vəziyyəti pisləşib və komaya düşüb.Hazırda komada olan nazir ABŞ-da xəstəxanaların birindədir və 4 aydır ki, öz səlahiyyətlərini yerinə yetirə bilmir.

****

Məsələ ilə bağlı nazirliyin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova “yalandır” deməklə açıqlama verib.