Nazirlə görüşmək istəyənlərin nəzərinə!

Nazir-1

Təhsil naziri Mikayıl Cabbarovun vətəndaşlarla görüşünün vaxtı dəyişib.

XALQ.AZ-ın Nazirliyə istinadla verdiyi məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2014-cü ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq təhsil naziri Mikayıl Cabbarovun 29 sentyabr Qusar, Quba, Xaçmaz, Şabran, Xızı və Siyəzən rayonlarında yaşayan vətəndaşların qəbulu vaxtında dəyişiklik edilib.

Belə ki, qəbul vaxtı oktyabr ayına keçirilib.Bununla bağlı daha təfərrüatlı məlumat veriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya “Elektron müraciət” bölməsi http://www.edu.gov.az/view.php?lang=az&menu=contacts_qebulvasitəsilə qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyatı məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.