Nazirlərin adından pul yığılır

95

 

Vidadi Əliyev və Aydın Hüseynov məmurların adından istifadə edərək vətəndaşları aldadır

Son illər ölkədə dələduzluq və insanların etimadından istifadə edərək fırıldaqla məşğul olanların sayı xeyli artmağa başlayıb. Ayrı-ayrı məmurların, hətta Heydər Əliyev Fondunun adından istifadə edən belələri onlarla vətəndaşın pulunu mənimsəyərək, aradan çıxmağı da bacarırlar.

Bu gün JAM.AZ-a müraciət edən bir qrup şəxs daha iki dələduz haqqında məlumat veriblər. Onların bildirdiyinə görə, Vidadi Əliyev və Aydın Hüseynov nazirlərin adından sui-istifadə edərək, vətəndaşların etimadını qazanır və onlardan müxtəlif məbləğlərdə pul alaraq işə düzəldəcəklərini vəd ediblər. Amma pulu aldıqdan sonra ortadan yox olmağı bacarıblar.

Məlumatı verən şəxslər qeyd edirlər ki, Vidadi Əliyev və Aydın Hüseynov bəzi hallarda özlərini hansısa nazirin ən yaxın qohumu kimi təqdim etməkdən də çəkinmirlər. Onlardan birinin fotoşəkilini çəkməyə nail olmuş şəxs bildirir ki, bu, Vidadi Əliyevdir. Onlar məsələ ilə bağlı Respublika Prokurorluğuna müraciət etməyi qərarlaşdırıblar.