“Nazirlərin baş tutacaq ikinci görüşü təşkilatın tədbirlər planına aid olan məsələdir” – Deputat

“Türk Dövlətləri Təşkilatına üzv ölkələrin təbii fəlakətlərin və fövqəladə halların nəticələrinin aradan qaldırılması üzrə nazirlərin baş tutacaq ikinci görüşü təşkilatın tədbirlər planına aid olan məsələdir”. Bu sözləri  millət vəkili Vüqar İskəndərov deyib.
Onun sözlərinə görə, TDT beynəlxalq platforma kimi gün keçdikcə daha da möhkəmlənir: “Azərbaycan və Türkiyə prezidentlərinin lokomativ rol oynadığı bu təşkilatda digər qardaş türk dövlətləri də uğurlu fəaliyyət göstərir. İkinci dəfə baş tutacaq görüş böyük əhəmiyyət kəsb edir. Türk dövlətləri olaraq fövqələdə hallarda birgə fəaliyyətimizi koordinasiya etməli, bunun üçün hər bir dövlətin də müvafiq potensialı var.

Bu ilin payızında Qazaxıstanda türk dövlətləri başçılarının zirvə görüşü gözlənilir. Bu görüş zamanı da il boyu görülən işlərə yekun vurulacaq və gələcək fəaliyyət proqramı müzakirə ediləcək”.