Nazirlərin toplantısı keçirilir – Bakıda

Bakıda Qoşulmama Hərəkatının (QH) Koordinasiya Bürosunun nazirlər toplantısı keçirilir.
Tədbir iyulun 6-dək davam edəcək.
Nazirlər Toplantısında Hərəkatın gündəliyi ilə bağlı çoxsaylı əlavə tədbirlərlə yanaşı, yekun sənədlərin, o cümlədən Bakı Bəyannaməsinin qəbulu məsələsinə baxılacaq.
Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi 120 üzv dövlət, 18 müşahidəçi dövlət və 10 beynəlxalq təşkilatın daxil olduğu təşkilatın tarixində mühüm rol oynayıb.