Nazirlərin,deputatların 8 mart təbriki-Fotolar

8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə nazirlər,millət vəkilləri sosial şəbəklərdə təbriklər paylaşıblar. XALQ.AZ paylaşımaları təqdim edir:

İqtisadiyyat naziri Mikayıl Cabbarov

Hörmətli xanımlar!Əziz analar və bacılar!

Sizi Beynəlxalq Qadınlar günü münasibətilə münasibətilə təbrik edirəm. Azərbaycan xanımları zərifliyin, ülviliyin və gözəlliyin rəmzidir.

Qoy həyatınız hər zaman gözəl, işləriniz uğurlu olsun.

****

Baş prokuror Kamran Əliyev

“Əziz qadınlar! Sizi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, can sağlığı, ailə səadəti və işlərinizdə uğurlar arzulayıram. Hər gün, hər an işdə və evdə zərif, diqqətli və qayğıkeşsiniz. Həyatlarını prokurorluqda xidmətlə əlaqələndirən qadınlara ayrıca minnətdarlıq bildirmək istəyirəm. Qarşınızda duran vəzifələrin öhdəsindən vicdanla və fədakarlıqla gəlməyiniz Sizin böyük potensiala və əzmə malik olmağınızın göstəricisidir. Bizim uğurlarımızın arxasında çox vaxt sizin müdrikliyiniz, səbriniz və dəstəyiniz dayanır.

Prokurorluğun veteran xanımlarına da uzun illər qanunlara qüsursuz xidmət göstərdiklərinə görə minnətdarlığımı bildirirəm. Sizə cansağlığı, sevgi, xoşbəxtlik, ailə rifahı və peşə uğurları diləyirəm.

****

Xarici İşlər naziri Ceyhun Bayramov

Bu əlamətdar gündə bütün qadınları təbrik edir, ilk növbədə, torpaqlarımızın işğaldan azad olunmasında iştirak edən bütün igidlərimizin analarına və həyat yoldaşlarına təşəkkür edir, onlara can sağlığı diləyirik.

***

Təhsil naziri Emin Əmrullayev

Bu gün ölkəmizin ictimai-siyasi həyatının bütün sahələrində qadınlar aparıcı mövqeyə sahibdirlər. Təhsil prosesinin də mərkəzində qadınlar dayanır. Azərbaycanda müəllimlərin 83 faizini xanımlar təşkil edir. Əminliklə deyə bilərik ki, fədakar ruhlu xanımlarımız hər bir vətən övladının yetişməsində həm ana, həm müəllim kimi 2 qat təsirə malikdirlər. Onlar 44 günlük Vətən müharibəsinin gizli qəhrəmanlarıdırlar. Beynəlxalq Qadənlar Günü münasibətilə bütün xanımlarımızı ürəkdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə xoşbəxtliyi, işlərində uğurlar arzulayıram.

****

Milli Məclisin deputatı Nəsib Məhəməliyev

Əziz xanımlar!

Sizləri 8 MART Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir, sağlam, mənalı, xoşbəxt həyat arzulayıram. Məxsusi olaraq şəhid, qazi analarına, bacılarına, onların qız övladlarına Allahdan səbr diləyirəm. Belə bir deyim var: Kişnin Kişi olduğu yerdə Qadın üçün hər gün Qadınlar günüdür. Özünü əsil Kişi hesab edən hər kəs bu deyimi yaşam tərzinə çevirməyi bacarmalıdır. Cəmiyyətimizdə qadın zorakılığına yer olmamalıdır.

Bayramınız mübarək!

*****

Milli Məclisin deputatı Ülvi Quliyev

Analarımız başda olmaqla bütün xanımları 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edir,möhkəm cansağlığı,uzun ömür,arzularınızın gerçəkləşməsini arzulayıram. Şəhid və qazi analarının qarşısında baş əyir, həyat yoldaşlarına dərin hörmət və ehtiramımı bildirirəm.

*****

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov

Bəşər tarixində şərəfli iz salmış qadınlar arasında Azərbaycan xanımı heç şübhəsiz ilk yerlərdən birində dayanır. Düşməni öz qanında boğan Tomrisdən, axan qanı dayandıran diplomat Sara xatuna, yol salıb su çəkdirən Natəvandan, Şərqdə ilk opera yazan Şəfiqə Axundovaya qədər, ən nəhayət Azərbaycan qadınının adını dünyaya tanıdan, dünyada elm, təhsil, mədəniyyət, incəsənət və idmanın hamilərindən, habelə, multikultural dəyərlərin ən əzəmətli yaşadıcılarından biri Mehriban xanım Əliyevayadan Xocalıya ədalət tələb edib 10-dan çox ölkədən səsimizə səs verilməsinə nail olan Leyla Əliyevaya qədər çoxsaylı nümunələrimiz var ki, ən yaxşılardan biri olduğumuza iddia edə bilək.Birinci Qarabağ savaşı və Vətən müharibəsi isə Azərbaycan qadının milli kimliyini bir daha ortaya çıxardı. Azərbaycan anası öz bağrından Polad, Mübariz, Orxan, Nihat kimi yüzlərlə oğul qoparıb Vətənə, sülh və sabitliyə qurban verdi! Budur Azərbaycan qadını! Sən ucalıq deməksən, günün mübarək Azərbaycan qadını!Günün mübarək şəhid anası, şəhid bacısı, şəhid xanımı, şəhid qızı!Günün mübarək atasının şəhadətindən sonra doğulan Hədiyyə qızım!Gününüz mübarək qazi ailələrinin xanımları! Günün mübarək əskər anası!Günün mübarək dəyərli seçicim – ucalardan uca dayanan Biləsuvar qadını!

****

Milli Məclisin deputatı Cavanşir Paşazadə

8 Mart Beynəlxalq Qadınlar bayramı münasibətilə Azərbaycan Respublikasının birinci Vitse-prezident Mehriban xanım Əliyeva başda olmaqla bütün xanımları,qəhrəman analarımızı ürəkdən təbrik edib, onlara uzun ömür can sağlığı ailə xoşbəxtliyi arzulayıram. Bütün şəhid verən anaların,bacıların qarşısında baş əyib deyirəm ki, sizin hər birinizi Allah qorusun. Bir daha bayramınızı təbrik edirəm!

****

Milli Məclisin deputatı Ramil Həsən

Əziz xanımlar!

8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı bildirirəm

.Azərbaycan qadınları tarix boyu öz Vətəninə, xalqına, dövlətinə sadiq olaraq üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmək üçün durmadan çalışmış, Vətən üçün ləyaqətli övladlar tərbiyə etmiş, yeri gələndə silaha sarılıb öz həyat yoldaşları ilə birlikdə çiyin-çiyinə müqəddəs torpaqlarımızın müdafiəsinə qalxmış və bu gün də bu missiyanı şərəflə davam etdirirlər.

****

Milli Məclisin deputatı Emin Hacıyev

Əziz və mehriban xanımlar!

Sizi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram!

*****

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Sizin gülərüzlüyünüz həyatımızın daha şən olmasının şərtidir. Nikbinliyiniz bizim üçün gücdür, qüvvətdir. Varlığınız ən dəyərli hədiyyəmizdir. Siz Qarabağı azad etmiş oğulların anası, bacısı və həyat yoldaşlarısınız. Bayramınız mübarək, əziz xanımlar!

*****

Milli Məclisin deputatı Aydın Hüseynov

Hörmətli Xanımlar, əziz Şəhid Anaları, sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik edirəm. Şəhid Analarını hər zaman ehtiramla yad edəcəyik. Yalnız bu gün yox ,hər gün sizə minnətdarıq.

Bayramınız mübarək.

****

Milli Məclisin deputatı Kamran Bayramov

Əziz xanımlar!

Sizi 8 mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ürəkdən təbrik edir, Sizlərə möhkəm can sağlığı, qadın xoşbəxtliyi və bütün işlərinizdə uğurlar arzulayıram!

****

Milli Məclisin deputatı Müşfiq Cəfərov

Əziz xanımlar!

Sizi 8 mart – Beynəlxalq Qadınlar günü münasibətilə təbrik edir və ən xoş arzularımı çatdırıram.Azərbaycan qadınları tarixboyu öz mübarizliyi ilə seçilmiş, ölkənin ictimai-siyasi, mədəni həyatında fəal iştirak etmiş, vətənin müdafiəsində və dövlətin idarə olunmasında daim fədakarlıq nümayiş etdirməklə yanaşı döyüş meydanlarında da şücaət göstərmişdir.Bütün Şəhid və qazilərin analarını, bacılarını, həyat yoldaşlarını, qız övladlarını təbrik edib, yüksək hörmət və ehtiramımı bildirirəm. Həmçinin torpaqlarımızın müdafiəsi zamanı şəhid olmuş qadınlarımızın əziz xatirəsini yad edirəm.

****

Milli Məclisin deputatı Şahin İsmayılov

Əziz xanımlar!

Sizi 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edir, möhkəm can sağlığı və xoşbəxtlik arzulayıram.

****

Milli Məclisin deputatı Rəşad Mahmudov

#Vətən sevgisiylə igid övladlar yetişdirən, böyük ürəyə sahib #Şəhid#Qazi#Analarımız başda olmaqla, bütün xanımları 8 mart #BeynəlxalqQadınlarGünü” münasibətilə təbrik edirəm!Hər birinizə möhkəm cansağlığı, səbir, dözüm, ailə səadəti və işlərinizdə müvəffəqiyyətlər arzulayıram.

*****

Milli Məclisin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

Əziz xanımlar! Analar və bacılar!

Şəhid və qazi anaları, bacıları, xanımları!

Sizi beynəlxalq qadınlar günü münasibətilə təbrik edirəm! Daim üzünüzdə sevinc, gözlərinizdə fəxr hissləri olsun! Qalib övladların anaları kimi başınız hər daim uca olsun! Həyatın ən xoş anları sizin olsun!Azərbaycan xanımı hər zaman uca olub, daim uca da olacaqdır!

****

Milli Məclisin deputatı Aydın Mirzəzadə

Əziz Ana, Bacı və dəyərli xanımlarımızı 8 Mart – Beynəlxalq Qadınlar günü münasibəti ilə təbrik edir, Sizlərə ən xoş arzularımı bildirirəm.

****

Milli Məclisin deputatı Elman Nəsirov

Əziz xanimlar, 8 Mart Beynəlxalq Qadınlar Gūnū mūnasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz mənəvi dūnyamįzın gözəl, istedadlı və bənzərsiz varlıqlarısınız.Bənzərsizĺik Sizə yaraşır. Bahar seli çaya, qəriblik qūrub çaģına, məģrurluq daģa, dalģa dənizə yaraşan kimi…Çöhrənizdənn təbəssūm əskik olmasın.Təbəssūmūnūz mūkafatımızdır.

****

Milli Məclisin deputatı Soltan Məmmədov

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edirəm. Azərbaycan qadını Qarabağı işğaldan azad etmiş fədakar Vətən oğullarının anası, bacısı və həyat yoldaşı kimi ən gözəl sözlərə, ən yüksək dəyərə layiqdir. Bütün qadınlara xoşbəxtlik, cansağlığı arzulayıram.

****

Milli Məclisin deputatı Anar Məmmədov

Hörmətli xanımlar! Əziz analar və bacılar!

8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edir, Sizə cansağlığı, ailə səadəti, xoşbəxtlik və qalib xalqın qalib vətəndaşı kimi müstəqil Azərbaycanımızın qüdrətlənməsi və inkişafı naminə məsul fəaliyyətinizdə davamlı uğurlar arzu edirəm. Şəhid analarına və bacılarına, döyüşlərdə sağlamlığını itirmiş hərbçilərimizin ailə üzvü olan xanımlara Allahdan səbr arzu edir, bu əlamətdar gün münasibətilə ən səmimi arzularımı çatdırıram. Hər zaman sevib-sevilin əziz xanımlar!Bayramınız mübarək!

****

Milli Məclisin deputatı Əliabbas Salahzadə

Dəyərli xanımlar sizi 8 mart beynəlxalq qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edirəm!

****

Milli Məclisin deputatı Ceyhun Məmmədov

Əziz xanımlar!

Sizi Beynəlxalq Qadınlar Günü münasibətilə səmimi qəlbdən təbrik edirəm. Zəngin mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin və adət-ənənələrimizin yüzilliklərdən bəri qorunub saxlanmasında Azərbaycan qadınlarının əvəzolunmaz xidməti vardır. Tariximizin ən çətin, mürəkkəb dövrlərində onlar cəmiyyətin sarsılmaz mənəvi dayağına çevrilmişlər. Azərbaycan qadını hər zaman ictimai və mədəni həyatın müxtəlif sahələrində fəal iştirak etmiş, kişilərlə çiyin-çiyinə mübarizə aparmış, vətən övladlarının tərbiyəsində, onların layiqli vətəndaş kimi yetişməsində böyük əmək və zəhmət sərf etmişdir. Azərbaycan qadınları son yüz ildə ölkəmizin təhsil, səhiyyə, mədəniyyət və sosial-ictimai sahələrində də fəaliyyət göstərmiş və uğur əldə etmişlər. Əminik ki, bundan sonra da dəyərlərimizin, ənənələrimizin yaşadılması üçün səylərinizi əsirgəməyəcəksiz. Hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik və işlərinizdə uğurlar arzulayıram.Bayramınız mübarək!

****

Milli Məclisin deputatı İqbal Məmmədov

Əziz xanımlar! Bütün bəşəriyyətin qarşınızda baş əydiyi “8 Mart Beynəlxalq Qadınıar Günü” münasibəti ilə sizləri ürəkdən təbrik edir və ən xoş arzularımı bildirirəm. Cəmiyyətin bünövrəsi ailəyə, ailənin bünövrəsi isə siz qadınlara bağlıdır. Bayramınız mübarək!

****

Milli Məclisin deputatı Ramin Məmmədov

Dəyərli xanımlar! Vətənə böyük məhəbbətlə qəhrəman övladlar yetişdirən, cəsur ürəyə sahib, hər birimiz üçün müqəddəs olan Şəhid və Qazi Analarımızın qarşısında baş əyirəm və bütün xanımları 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, ailə səadəti və nəaliyyətlər arzulayıram.