Nazirlərin,deputatların, ictimai xadimlərin çağırışı-Fotolar

31 mart, 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğının qurbanlarının xatirəsinin anıldığı Azərbaycanlıların Soyqırımı günüdür.

XALQ.AZ nazirlərin,deputatların, ictimai xadimlərin çağırışını təqdim edir:

Milli Məclisin sədri Sahibə Qafarova

Bu gün Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ildə erməni dəstələri tərəfindən Azərbaycanın dinc sakinlərinə qarşı törədilmiş bu vəhşətin acısı illər keçsə də unudulmayacaq. Soyqırımına məruz qalmış bütün sakinlərimizi və Şəhidlərimizi dərin hüznlə yad edirik!

****

Xarici İşlər naziri Ceyhun Bayramov

Mart qırğınının günahsız qurbanlarını xatırlayaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı bu günədək törədilən soyqırım, bəşəriyyət əleyhinə cinayət, irqi ayrı-seçkilik və etnik təmizləməyə əsaslanan məqsədyönlü siyasəti qəti şəkildə pisləyir və bu qəbildən olan qeyri-insani cinayətlərin qarşısının alınması və gələcəkdə təkrarlanmaması üçün Ermənistanın cəzasızlığına son qoyulmasının vacibliyini vurğulayırıq. Azərbaycan, öz növbəsində sülhü təmin etmək və cəzasızlığa son qoymaq üçün bütün lazımı hüquqi tədbirləri görəcəkdir

****

Təshil naziri Emin Əmrullayev

31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı mart hadisələrində həyatını qurban verən soydaşlarımızı dərin hörmətlə anırıq.

****

Mətbuat Şurasının sədri Əflatun Amaşov

31 mart qan yaddaşımızdır. Soyqırımı tariximizdir. Təəssüf ki, biz soyqırımı cinayətinə məruz qalmış xalqıq. Nəzərə alaq ki, torpaqlarımızın işğalının, Xocalı faciəsinin kökü məhz 1918-ci ilin 31 martına, hələ bir qədər də əvvələ gedib çıxır. İkinci Qarabağ Müharibəsində biz o tarixdə yaşadıqlarımızın qisasını da aldıq. Torpaqlarımıza sahiblənməyimizlə tariximizi unutmadığımızı da təsdiqləmiş olduq. Uca Tanrı xalqımızı faciələrdən, məhrumiyyətlərdən, zülmdən qorusun

***

Milli Məclisin deputatı Fatma Yıldırım

“Tarixin müxtəlif dövrlərində xalqımız erməni millətçiləri tərəfindən soyqırımı cinayətlərinə, kütləvi qırğınlara, deportasiyalara, etnik təmizləmələrə və terrora məruz qalıb. Belə hadisələrdən biri də 1918-ci ilin mart qırğınları miqyası baxımından daha qanlı və dəhşətli olub”.

Ermənilər tərəfindən 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə qətliamlar törədilib. Amma sovetlə dönəmində bu faktlar gizlədilib və ya təhrif olunmuş şəkildə təqdim olunub. Keçmişin acı səhifələrinin növbəti nəsillərin yaddaşında hifz edilməsinə, xalqın öz tarixindən ibrət dərsi götürməsinə imkan verilmirdi. Nəticədə ötən əsrin 80-ci illərinin sonu 90-cı illərinin əvvəllərində erməni ekspansionist şovinizmi bir daha baş qaldırdı, Azərbaycan xalqı yenidən çətin sınaqlara, deportasiya, etnik təmizləmə, işğala düçar oldu və Xocalı soyqırımı kimi dəhşətli faciə yaşadı.

Millət vəkilinin sözlərinə görə, yalnız müstəqillik illərində keçmişimizin gerçək mənzərəsini yaratmaq və xalqımıza qarşı dəfələrlə törədilmiş soyqırımı cinayətlərinə siyasi-hüquqi qiymət vermək imkanı qazandıq. Bu baxımdan Ümummilli Lider Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman mühüm tarixi əhəmiyyət kəsb edir. Həmin sənəddə XIX əsrin əvvəllərindən müasir dövrümüzə qədər Azərbaycan torpaqlarının zəbti, kütləvi qırğınlar, deportasiya və etnik təmizləmələrlə müşayiət olunan faciələr “ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələləri” kimi qiymətləndirilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib. Bu sərəncama əsasən ölkəmizdə hər il 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” qeyd olunur, soyqırımı qurbanları anılır.

Deputat qeyd edib ki, Ulu Öndərin təşəbbüsü ilə Xocalı soyqırımına da siyasi-hüquqi qiymət verilib, fevralın 26-sı “Xocalı soyqırımı günü” elan olunub. 2008-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində aparılan işlər sayəsində faciə ilə bağlı faktlar geniş beynəlxalq ictimaiyyətə çatdırılıb. 

“Xalqımıza qarşı törədilmiş soyqırımın unutdurulmaması və gələcək nəsillərə çatdırılması üçün cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə genişmiqyaslı işlər görülür. Məhz bunun nəticəsidir ki, dünya ictimaiyyəti ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımları ilə bağlı ətraflı məlumatlandırılır, gerçək həqiqətlər təqdim olunur. Bu baxımdan, Heydər Əliyev Fondunun təşəbbüsü və Azərbaycan Prezidentinin sərəncamı ilə Quba Soyqırımı Memorial Kompleksinin yaradılması da böyük əhəmiyyət kəsb edir. Bu kompleks erməni cəlladlarının yüzlərlə günahsız insanı qətlə yetirib quyulara doldurduğu yerdə ucaldılıb. 2013-cü ildə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə yaradılan Quba Soyqırımı Memorial Kompleksi ötən əsrin əvvəlində ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı, etnik təmizləmə, dinc əhalinin amansızlıqla qətlə yetirilməsini faktlarla əks etdirən muzey və kütləvi məzarlıqdan ibarətdir. Kompleks ermənilərin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılmasında, həmçinin Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunmasında və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayır. Düşünürəm ki, hər birimiz gerçək həqiqətlərin gələcək nəsillərə çatdırılmasında fəal iştirak etməliyik. Çünki, soyqırımın unutudurulmaması və törədilmiş faciələrin gələcək nəsillərə ötürülməsi çox vacibdir. Bu birinci növbədə hər bir ailədən başlamalıdır. Mən nənəmin o vaxt Qarabağda, onların yaşadıqları Malıbəyli kəndində  ermənilərin törətdikləri vəhşiliklərlə, qətliamla  bağlı bizə hər zaman danışdıqlarını xatırlayıram. Nənələrimiz, babalarımız bizə danışdığı kimi, biz də bunları gələcək nəsillərə çatırmalıyıq”, – deyən deputat söyləyib ki, erməni millətçiləri soyqırımları törətməklə Azərbaycan xalqını sarsıtmaq, torpaqlarımızı zorla ələ keçirmək məqsədi güdsələr də, ağır faciələr xalqımızı daha da mətinləşdirib, qəhrəman oğul və qızlarımızı müqəddəs Vətən və milli dövlətçiliyimiz naminə qətiyyətli və mütəşəkkil mübarizəyə səfərbər edib, ordumuzun Ermənistan qoşunlarının hərbi təxribatlarına verdiyi layiqli cavab, işğal altında olan torpaqlarımızın azad edilməsi Azərbaycanın nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi.
“Ermənilər uzun illərdir ki, uydurma “erməni soyqırımını” dünyada təbliğ etməyə çalışırlar. Amma tarixi faktlar sübut edir ki, əsl soyqırımını ermənilərin özləri törədib. Bütün dünyaya bu millətin gerçək xarakterini göstərmək lazımdır. Çünki erməni vandalları hər zaman dinc, günahsız insanları acımasızca qətl ediblər. Qubada aşkar olunmuş kütləvi məzarlıq, Xocalı qətliamı xalqımıza qarşı törədilmiş soyqırımlarının dəhşətlərini özündə əks etdirir. 44 günlük Vətən müharibəsində də Bərdə və Gəncəyə olunmuş raket hücumları nəticəsində günahsız insanların qətl edilməsi ermənilərin terrorçu mahiyyətinin  dəyişmədiyini göstərdi. Onlar bütün bunları cavabını mütləq verəcəklər. Ermənilərdən xalqımıza vurduqları bütün maddi, mənəvi ziyanların, törətdikləri cinayətlərin  hesabı sorulacaq”,-deyə Fatma Yıldırım vurğulayıb.

****

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili

31 mart soyqırımı qurbanlarının xatirəsini dərin ehtiramla yad edirik. 1918-ci ildə erməni cəlladları tərəfindən xalqımıza qarşı törədilən soyqırım öz amansızlığına görə bəşər tarixində ən qanlı faciələrdən biridir.

****

Milli Məclisin deputatı Elnur Allahverdiyev

Bu gün tariximizin ən acılı günlərindən birini qeyd edirik. 1918-ci ilin 30 mart – 3 aprel tarixləri arasında Bakı şəhərində, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və “Daşnaksütyun”dan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın əbədi olaraq qan yaddaşımıza hopub. Göründüyü kimi, bu qırğınların coğrafiyası bütün Azərbaycanı əhatə edir. Deməli, bu, xalqımıza qarşı məqsədlyönlü şəkildə törədilən soyqırımı aktı olub. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyev 26 mart 1998-ci ildə 31 mart gününü tariximizə, təqvimimizə soyqırımı günü olaraq daxil edən Sərəncam imzalayıb

****

Milli Məclisin deputatı Ramil Həsən

31 mart – Azərbaycanlıların Soyqırımı Günüdür. Bu gün 1918-ci ilin martında ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qanlı qırğın qurbanlarının xatirəsi anılır.1918-ci ilin mart qırğınları millətçi ermənilər tərəfindən azərbaycanlılara qarşı irqi ayrı-seçkilik və etnik təmizləmə siyasəti əsasında əvvəlcədən hazırlanmış və qəddarcasına həyata keçirilən siyasət idi.Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağ, Zəngəzur, Naxçıvan, Salayan, Lənkəran və Azərbaycanın başqa bölgələrində xüsusi qəddarlıqla həyata keçirildi. Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi.1918-ci ilin ilk beş ayı ərzində təkcə Qubada xüsusi vəhşiliklə 16 mindən artıq insan öldürüldü. Ermənilər, həmçinin Qubada yaşayan yerli yəhudi və ləzgilərə qarşı qətliam törətdilər. Quba rayonu ərazisində 2007-ci ildə aşkar olunmuş kütləvi məzarlıq ermənilərin törətdiyi qeyri-insani əməllərin əyani sübutunu təşkil edir.Biz bu tarixi heç bir zaman unutmadıq və unutmayacayıq!Amma bu gün qürurla deyə bilərik ki, bütün şəhidlərimizin ruhu şaddır. Çünki onların uğrunda canlarından keçdiyi Azərbaycan 44 günlük Vətən müharibəsindən qalib çıxaraq öz ərazi bütövlüyünü bərpa etdi.Allah şəhid olan oğul və qızlarımıza rəhmət eləsin.

****

Milli Məclisin deputatı Emin Hacıyev

1918-ci ilin mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. 31 mart soyqırımı ermənilərin xalqımıza qarşı həyata keçirdiyi ən böyükmiqyaslı terror aktlarından biri kimi tarixə yazılıb.Ümummilli lider Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli fərmanı ilə xalqımıza qarşı törədilmiş ağır cinayətlərə hüquqi-siyasi qiymət verilib. Erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı da erməni vəhşiliyinin ifşası baxımdan xüsusi əhəmiyyət kəsb edib.

***

Milli Məclisin deputatı Nigar Arpadarai

31 mart 1918–ci il, minlərləAzərbaycanlının qətlə yetirilməsi ilə tariximizə yazılan qanlı səhifəmizdir. 1998-ci ildən etibarən bu günü Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edirik.Hazırda Azərbaycan güclüdür. Xalqımızı qoruyan və təhlükəsizliyini təmin edən dövlətimiz və qüdrətli ordumuz var. Məhz bunun sayəsində xalqımıza qarşı dəfələrlə törədilən vəhşi cinayətlərin təkrarlanma riski altında deyilik. Lakin unutmayaq ki, Ermənistanda həmin ideologiya və siyasi sistem indi də mövcuddur. Ermənistana başçılıq edənlər bizim millətimizi bu bəlalara düçar edən eyni siyasi sistemin nümayəndələridir. Və onların gücü və resursu olsaydı törətdiyi hadisələri indi də təkrar edərdi. Bunu unutmamalıyıq! Tarixin təkrarlanmaması üçün Azərbaycanı daha da güclü və qüdrətli ölkəyə çevirməliyik. Xalqımıza qarşı törədilən cinayətlərin nəticəsində həlak olan Şəhidlərimizi hörmətlə anırıq!

***

Milli Məclisin Deputatı Hikmət Babağolu

Xalqımıza qarşı soyqırımı törədən rus-bolşevik və erməni-daşnak zehniyyət bu gün də dəyişməyib , sabah da dəyişməyəcək ! Ancaq biz artıq dəyişmişik, güclənmişik , qalib xalq olmuşuq və bundan sonra heç kəs bizə qarşı belə cinayətə bir daha əsla əl ata bilməyəcək !Soyqırımı qurbanlarını rəhmətlə anırıq !

***

Milli Məclisin deputatı Ülvi Quliyev

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür. Ümummilli lider Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib

****

Milli Məclisin deputatı Soltan Məmmədov

Erməni daşnakların bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 103 il ötür. 1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşağın qətli ilə nəticələnib. Allah rəhmət eləsin!

****

Hüqüqşunas Elnur Abbaszadə

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı azğın qırğın törətmişlər. Təxmini hesablamalara görə, Mart Soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülmüşdür. Digər Salyan, Nəvahi, Lənkəran, Kürdəmir kimi rayonlarda da qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. 2013-cü ildə, İlham Əliyevin qərarı ilə, soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılmışdır.Azərbaycan xalqı heç zaman özünün qanlı tarixini untmayacaq və müstəqil dövlətini möhkəmləndirməklə öz hüquqlarının ən yüksək səviyyədə qoruyacaqdır.

****

Milli Məclisin deputatı Ülviyyə Ağayeva

Azərbaycan xalqının başına gətirilən daha bir qanlı faciə…Faciə qurbanlarının xatirəsini dərin hüznlə anırıq…

****

Milli Məclisin deputatı Anar Məmmədov

Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır. XX əsrdə azğın erməni-daşnak-bolşevik silahlı qüvvələri və onların havadarları tərəfindən azərbaycanlıların kütləvi qırğınlara və repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi, didərgin salınması bəşər tarixinə qanlı və acınacaqlı səhifələrdən biri kimi yazıldı. Xalqımıza qarşı məqsədlyönlü şəkildə törədilən soyqırımı aktına hüquqi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə 31 mart gününü tariximizə soyqırımı günü olaraq daxil edən Sərəncam imzalamasıyla verildi.

****

Milli Məclisin deputatı Əminə Ağazadə

31 mart soyqırımı Azərbaycan tarixinin ən qanlı səhifəsidir. Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən son əsrlər ərzində məqsədyönlü şəkildə aparılan soyqırım, deportasiya və təcavüz dövlət səviyyəsində, siyasi qiymət ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərmanı ilə verilib. Ulu öndər Heydər Əliyevin 1948-53-cü illərdə azərbaycanlıların Ermənistan SSRİ ərazisindəki tarixi etnik torpaqlardan kütləvi şəkildə deportasiyası haqqında 18 dekabr 1997-ci tarixli fərmanı ermənilər tərəfindən törədilən soyqırım və deportasiya siyasətinə hüquqi qiymət verilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Soyqırımlarla bağlı məlumatların beynəlxalq və ölkə ictimayyətinə çatdırılmasında Baş Prokurorluq mühüm rol oynayıb. Onu da qeyd edim ki, 28 iyun 2012-ci ildə iş üzrə işin icraatı dayandırılsa da hazırda da soyqırımla bağlı araşdırma aparan ekspertlərlə mütəmadi olaraq əlaqə saxlanılır. Əldə edilən yeni faktlar işə əlavə olunur. 

*****

Milli Məclisin deputatı Jalə Əhmədova

31 Mart Azərbaycanlıların Soyqırımı Günüdür.1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Hacıqabul, Salyan, Lənkəran, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırım aktı törədiblər.Həmin dəhşətli soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Minlərlə dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilib, ermənilər evlərə od vurub, insanları diri-diri yandırıblar. Tarixi abidələri, məktəbləri, xəstəxanaları dağıdıb, xarabalığa çevriblər.​ Ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, soyqırım və təcavüzü nəticəsində minlərlə insan elindən-obasından didərgin düşüb. Ən dəhşətlisi isə odur ki, daşnak silahlı dəstələri karvansarada vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırıblar.1998-ci il martın 26-da ümummilli lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman, erməni millətçilərinin azərbaycanlılara qarşı iki əsr davam edən cinayətkar əməllərinə verilən hərtərəfli siyasi qiymət olub.Ulu öndər erməni məkrini tarixi faktların dili ilə ifşa edib: “Xalqımıza qarşı törədilmiş soyqırım haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırım qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur”.Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il yanvarın 18-də imzaladığı “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamda deyilir: “Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etmişdir”.Biz, azərbaycanlılara qarşı zaman-zaman soyqırım aktları törətmiş ermənilərin faşizm ideologiyasını lənətləyir, dünya ölkələrini ermənilərin törətdiyi və bəşəriyyət üçün təhlükə olan cinayətlərə qiymət verməyə çağırırıq.Soyqırım qurbanlarının hər birinə Allahdan rəhmət diləyirəm.

****

Milli Məclisin deputatı Bəhruz Məhərrəmov

Bu gün Cənubi Qafqaz tarixinin ən dəhşətli qətliamı, Azərbaycanlılara qarşı soyqırımdan 103 il ötür. 1918-ci ilin yanvar-may ayları ərzində ermənilər Bakı, Şamaxı, Quba, İrəvan, Qarabağ, Naxçıvan, Salyan, Nəvahi, Lənkəran, Kürdəmir və Qarsda on minlərlə azərbaycanlını xüsusi qəddarlıqla qətlə yetirmiş, yüzlərlə mədəni-tarixi abidə vandalizmə məruz qalmışdır.31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi ilk dəfə yalnız 80 il sonra, Ümumilli lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamına əsasən qeyd olunmağa başlanıb. 2013-cü ildə isə Prezident İlham Əliyevin qərarı ilə, qurbanlarının xatirəsinə Qubada Soyqırımı Memorial Kompleksi yaradılmış, erməni vəhşiliyi və vandalizminin dəqiq izlərini göstərən kütləvi məzarlıqlar başda olmaqla mühim faktlar nümayiş etdirilməyə başlamışdır. Lakin, yetərli maddi-tarixi sübutların olmasına baxmayaraq, yaxın yüzilliyin ən dəhşətli soyqırımlarından birinin hələ də dünyada lazımi hüquqi qiymətini almaması, ermənilərin əsl üzü və regionda sülh və sabitlik üçün tarixi təhdid olan xəstə erməni-daşnak ideologiyasının dəhşətli fəsadlarına hələ də göz yumulması təəssüf doğurur. Məhz bu cəzasızlıq və ikiüzlü proteksiya mühitinin nəticəsidir ki, son yüz ildə ermənilər dəfələrlə azərbaycanlılara qarşı etnik təmizləmə və genosid aktları həyata keçirmiş, Azərbaycan Respublikasının beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faizdən çoxu 28 il işğalda saxlamış, Xocalı, Qaradağlı, Ballıqaya kimi soyqırımların yanı sıra, hətta, 44 günlük müharibə dövründə döyüş zonasından kənarda olan Gəncə, Bərdə, Tərtər və digər şəhərlərdə dinc insanlar qəsdən raket hücumlarının hədəfinə çevirmişdi.Dünya birliyi 28 il bu işğal faktına sussa da, Azərbaycan cənab İlham Əliyevin müzəffər Ali Baş Komandanlığı ilə Qarabağda ədaləti hərbi-siyasi yolla bərpa edərək, Ermənistanı kapitulyasiyaya məcbur etdiyi kimi, heç şübhəsiz 31 mart soyqırımına görə də Ermənistan mütləq üzr istəyərək cavab verməyə məcbur ediləcək.

****

İş xanımı Ruhi Əliyeva

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılmışdır. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəsi qətlə yetirmişdirlər. 31 Mart soyqırımı yaddaşımızdan heç bir zaman silinməyəcək.

****

Xeyriyyəçi Hacı Nuran Hüseynov

Mart ayı bütövlükdə bizimçün özəl bir aydır … Bütün bayramların, gözəl günlərin toplandığı bu ayın son gününü qəmli bir əhval-ruhiyyədə keçirmək çox ağırdır … Çünki 31 Mart bizim tariximizin qan yaddaşıdır … 31 Mart – azərbaycanlıların soyqırımı günüdür … Düz 103 il keçir tarixin o qanlı səhifəsindən … Düz 103 il bundan əvvəl təkcə Bakı küçələri deyil, Azərbaycanın bir çox bölgələri insanımızın qanına bələndi … Günahsız azərbaycanlılar qətlə yetirildilər … Düz 103 il bundan əvvəl – 1918-ci ilin mart-aprel aylarında bir dəhşət yaşandı yurdumda … 1918-ci ilin mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində də ən qanlı faciələrdən biridir … Əllərinə düşən fürsətdən istifadə edən ermənilər uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar … Milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və digər abidələri dağıtdılar … Bakının böyük bir hissəsini xarabalığa çevirdilər … Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirildi … Bu ərazilərdə dinc əhali kütləvi surətdə qətlə yetirildi, şəhər və kəndlər yandırıldı, milli mədəniyyət abidələri dağıdılıb məhv edildi … Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini ortaya qoymaq imkanı yarandı … İndi uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər bir-bir açılır … Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi … Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi …

****

Milli Məclisin deputatı Könül Nurullayeva

Əziz həmvətənlərim və dəyərli dünya ictimaiyyəti, Bu gün 1918-ci ilin mart soyqırımı tarixindən 103 il ötür. 1918-ci il martın 31-də erməni silahlıları Bakı şəhərində, 30 mart – 3 aprel tarixlərində Bakı quberniyasının müxtəlif bölgələrində, Qarabağ, Naxçıvan ,Şamaxı, Quba, Xaçmaz, Zəngəzur ərazilərində 12 min soydaşımızı amansızcasına qətlə yetirmiş, on minlərlə insan itkin düşmüş, yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar yerlə-yeksan edilmişdir.Bu tarixi-faciəvi gündə, soyqırım qurbanları və ümum şəhidlərimizin əziz xatirəsini bir daha dərin hüzn və ehtiramla anırıq!

***

Milli Məclisin deputatı Səbinə Xasayeva

Tarix həmişə mühafizəkar olub – hadisə və faktlar itib-batmayıb, qərinələrlə yaddaşlardan yaddaşlara köçüb, tarixləşib. Xalqın tarixə hesabatı kimi nailiyyətləri də, uğurları da, xalqın azadlığına, müstəqilliyinə yönəlmiş cinayətlər də, bu və ya digər miqyasda törədilmiş soyqırımlar da, müharibələr də, müharibələrin nəticəsi olan ölümlər də, dağıntılar da heç zaman unudulmur. Min illərdi belədir, belə də olacaq. Gülüstan müqaviləsi də, Türkmənçay müqaviləsi də unudulmayacaq. O müqavilələr rus imperiyasının Azərbaycanın dövlətçiliyini sonlandırmaq siyasətiydi. Azərbaycan Demokratik Cümhuriyyəti bu siyasəti şikəst elədi. Dirçələn imperiya 2 il sonra bu dövlət təsisatını ihaq elədi. Dövləti ilhaq etdi, Azərbaycan Demokratik Cümhuriyyətinin dövlətçilik etiketinə, xalqın mübarizə əzminə, azadlıq, müstəqillik niyyətinə qüdrəti çatmazdı, çatmadı da. 1991-ci ilin oktyabrında Azərbaycanının dövlət müstəqilliyi bərpa olundu. Bu dəfə əbədilik.Tarix ermənilərin Azərbaycana, azərbaycanlılara qarçı törətdiklərini də unutmayıb, unutmayacaq. 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə erməniliyin törətdiyi soyqırımlar da unudulmayacaq. Təkcə tarix kimi deyil, həm də bəşəriyyətə haqqa, ədalətə düşmən kəsilənləri ideoloji kursu bəşərilik, dünyəvilik olan dövlətlərə, bu dövlətlərin əhalisinə tanıtmaq üçün, qəddarlığı, vəhşiliyi, soyqırımı törədənlərin etirafı üçün.Tədqiqatçılar müəyyənləşdiriblər ki, 1917-ci ilin əvvələrindən 1918-ci ilin martına kimi İrəvan quberniyasında azərbaycanlılar yaşayan 199 kənd tamamilə dağıdılıb. Dağıdılan kəndlərin əhalisi necə olub? Bu məntiqi suala məntiqi cavab belə olacaq: öldürülüb, çox güman ki, qəddarlıqla, vəhşiliklə.1918-ci ilin yazında ermənilər Şamaxıda da böyük qırğınlar törədib.Arxiv sənədləri tarixdir. Bu tarix deyir ki, 1918-ci il noyabrın 22-də Fövqəladə Təhqiqat Komissiyasının sədri Ə.Xasməmmədovun Azərbaycan Cümhuriyyəti Ədliyyə Nazirliyinə Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlı kəndlərinin talan edilməsi, müsəlman əhalisi üzərində ermənilərin zorakılıqları haqqında məruzəsində qeyd edilir ki, “Şamaxı şəhəri və Şamaxı qəzası üzrə ermənilərin törətdikləri vəhşiliklər arasında 7 cild, 925 vərəqdən ibarət təhqiqat işlərində toplanmış materiallar ermənilərin burada törətdikləri cinayətlər, erməni rəzaləti haqqında ətraflı məlumat verir. Burada toplanan yüzlərlə zərərçəkmiş və şahid ifadələri, dindirmə protokolları ermənilər tərəfindən yandırılmış, dağıdılmış tikili, mədəniyyət abidələrinə baxış protokolları, aktlar, siyahılar və digər sənədlər ermənilərin Şamaxı şəhəri və Şamaxı qəzasının azərbaycanlılar yaşayan kəndlərində törətdikləri vəhşilikləri əyani şəkildə ifşa edir”. Bu sənəd ermənilərin yüz üç il əvvəl törətdiyi qırğınların tarixidir. Bu tarix erməniliyin mahiyyətinin nə olduğunu təsdiqləyir.Ermənilərin Şamaxı şəhərində və ətraf kəndlərdə mütəşəkkilliklə vəhşiliklər, qırğınlar törətməsi bir neçə gün davam edib. Ermənilərin Şamaxı şəhərinə iki hücumu olub. Maraqlıdır: niyə iki dəfə? Görünür, birinci hücumun nəticələri onların ideoloqlarını, rəhbərlərini qane etməyib. İki hücum nəticəsində burda bir neçə min azərbaycanlı qətlə yetirilib.Quba qırğınları mahiyyəti etibarilə Şamaxı qırğınlarının davamı, törədilmə üsullarına görə isə o qırğınların eyni idi.Ehtiyatda olan polkovnik, əməkdar incəsənət xadimi Abdulla Qurbaninin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanova həsr etdiyi kitabda bir düşündürücü məqamı xatırlayıram:Daşnaklar vəhşilik törətməklə bərabər sağ qalacaq adamlar arasında düşmənçilik də yaratmağa cəhdlər göstərirdi.Daşnaklar ləzgi Məhəmmədə və şiələrin başçısı Məşədi Mirsadığa tüfəng verərək deyiblər ki, meydanda atışın, sağ qalanı azad edəcəyik. Onlar bir anlığa duruxublar, sonra eyni anda tüfəngi götürüblər, eyni anda atəş açıblar. Hərəsi bir daşnakı öldürüb. Öz ölümləri bahasına.Yəni qırğınlar passiv müqavimətlə davam etməyib, erməniliyə, ermənilərə ciddi müqavimət göstərilib. Qubada sonralar Qanlı dərə adlandırılacaq Dərin dərənin yaxınlığında Digah kəndinin əli silah tutanları ermənilərin hücumunun qarşısını bir neçə dəfə kəsib. Kəndin ağsaqqallarının məsləhəti ilə qadınlar, qocalar, uşaqlar kənddən bir qədər aralıdakı meşədə daldalandırılıb.Yerli ermənilərin bələdçiliyi ilə gələn silahlı dəstələr kəndin bütün evlərini (84 ev) yandırıb, dağıdıb.Digah kəndinin sakini Mansur Hacıyevin Quba qırğınları zamanı təsadüfən sağ qalan Həmdulla İsmayılovdan eşidilənlərə istinadən neçə il əvvəl dediklərini xatırlayıram:Qırğınlar zamanı bir gün ermənilər yol tapıb meşəyə tərəf qaçan camaatı mühasirəyə alırlar. Böyük ocağa od vururlar. Hamısının qollarını biri-birinə bağlayıb ocaqda diri-diri yandırırlar.Tarix deyir ki, Hamazaspın silahlı dəstəsi Quba istiqamətində gedəndə yol boyu qarşılarına çıxan kəndləri dağıdır, əhalisini vəhşiliklə qırırdı. Törətdiklərini xalqına görə qəhrəmanlıq bilən bu bəşəri qatil xalqının qəhrəmanı olduğunu bildirir, sinəsinə döyərək deyirdi ki, dənizdən Şahdağa kimi bütün müsəlmanları məhv etməliyəm, onların da evlərini Şamaxıda olduğu kimi tamamilə dağıtmalıyam.Dünyəvi hadisələrə haqqın, ədalətin gözü ilə baxan dövlətlər, xalqlar bunların mahiyyətinin, daşnakçılıq deyil,ermənilik olduğunu bilir, çoxusu bunu etiraf edir. O qırğınlar, soyqırımlar daşnakaların əli ilə törədilsə də ideoloqunun, müəllifinin, təşkilatçısının ermənilik xarakteri, ermənilik xisləti olduğunu kimsə inkar edə bilməz.1918-ci ilin mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ölkədə siyasi vəziyyəti əsaslı şəkildə dəyişdi. Yeni dövlət xalqın dövləti idi və bu dövlət xalqı bütün təhdidlərdən qətiyyətlə müdafiə edirdi. Azərbaycanın dövlətçilik dayağı olan milli qüvvələr Türkiyənin hərbi yardımı ilə işğal olunmuş ərazilərimizi və Bakı şəhərini bolşevik-daşnak hakimiyyətindən azad etməyə səfərbər olundu.Nuru Paşanın komandanlığı ilə Qafqaz İslam Ordusu sentyabrın 15-də Bakını bolşevik-daşnak qüvvələrindən azad etdi.1918-ci ilin iyulun 15-də “Avropa müharibəsi başladığı vaxtda bütün Cənubi Qafqazın hüdudları daxilində müsəlmanların və onların əmlakı üzərində törədilmiş zorakılıq hallarının araşdırılması üçün Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında” qərar qəbul etdi. Bu komissiyanın bir ildə apardığı araşdırmalar, araşdırmalar əsasında hazırladığı sənədlər azərbaycanlıların soyqırım tarixinin bir hissəsidir.Azərbaycan Xalq Cümhuriyyətinin ilhaq edilməsi bu Komissiyanın işini də yarıda qoydu. 80 ildən sonra bu istiqamətdə böyük tarixi şəxsiyyət Heydər Əliyev yeni bir tarixi sənəd – 1998-ci ilin mart ayının 26-da “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzaladı. Bu fərmanla 31 mart Azərbaycanlıların Soyqırım Günü kimi təsis edildi. Böyük siyasi və xəlqi-milli əhəmiyyəti olan bu sənəd Azərbaycan iki dövlət arasında siyasi yolla parçalandıqdan sonra müxtəlif vaxtlarda, müxtəlif motivasiyalarla azərbaycanlılara qarşı törədilmiş kütləvi qırğınların, görünməmiş vəhşiliklərlə həyata keçirilmiş soyqırımların siyasi mahiyyətini ümumiləşdirən sənəd idi. Bu sənəddə 1905-1907-ci illərdə, 1918-1920-ci illərdə, 1948-1953-cü illərdə, 1988-1989-cu illərdə erməni millətçilərinin azərbaycanlılara qarşı törətdiyi qırğınların, düşmənçilik siyasətinin tarixi kökləri şərh edilir ki, bu da beynəlxalq ictimaiyyətin dünyəvi proseslərə bəşəri münasibətini də formalaşdırır.Ərazi iddiasının nəticəsi kimi Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başladı. İmperiyanın siyasi və hərbi dəstəyindən yüksək səviyyədə bəhrələnən Ermənistan təkcə Dağlıq Qarabağda deyil, Ermənistanla sərhəd rayonlarda da hərbi əməliyyatlar aparır, kəndlərə həmlələr, hücumlar edir, kəndləri yandırır, qırğınlar törədirdi. Ermənilər Bağanız Ayrım, Meşəli, Ağdaban, Qaradağlı faciələrini belə törətmişdi. Ermənistan Rusiyanın dislokasiya yeri Xankəndi olan 366-cı alayının fəal müdaxiləsi və iştirakı ilə Xocalıda görünməmiş qırğın, əslində soyqırım törətdi. Həmin gecə 613 nəfər xüsusi amansızlıqla öldürüldü, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərdən birini itirdi, 8 ailə tamamilə məhv edildi.Ernənilərin azərbaycanlılara, ümumən türk xalqlarına qarşı soyqırım siyasəti təkcə Azərbaycanda deyil, dünyanın bütün bəşəri dövlətlərində ciddi siyasi dəlillərlə pislənilir, soyqırımlar haqqında arxiv sənədlərinə əsaslanılmaqla iri həcmli tədqiqat əsərləri yazılır. Özbəkistanlı tədqiqatçı Şuhrat Nasıroviçin “Qarabağ – ideyalar müharibəsi”, “Türküstan və Cənubi Qafqaz XIX – XX əsrlərdə. Daşnaklar –Fərqanədən Qarabağa qədər”, “İflas. Millətçilik – Antoqonizm” kitabları bu qəbildəndir. Yəni tarix dünyəvi fakt və hadisələri bəşərilik naminə mühafizə edir.31 Mart Azərbaycanlıların Soyqırım Günüdür. Hər bir azərbaycanlı bu günün mahiyyətini böyük vətəndaşlıq məsuliyyəti ilə dərk edir.

****