Nazirlik 190 manatla bağlı məlumat YAYDI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi sentyabrdan işsiz vətəndaşlara 190 manat veriləcəyi ilə bağlı yayılan iddialara münasibət bildirib.

XALQ.AZ xəbər verir ki, agentliyin sədr müavini Nihad Muxtarlı deyib ki, 190 manat pandemiya dövründə verilirdi:

“Artıq pandemiya dövrünün fəsadları aradan qalxmağa başlayır. Altı dəfə 190 manat ödənişi olub, hazırda 190 manat ödənişi dayanıb. Bundan sonra 190 manatın verilməsi birbaşa Nazirlər Kabinetinin qərarlarından asılıdır”.