Nazirlik bu şəxsləri işaxtaranların qeydiyyatından çıxarır

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) hansı şəxslərin işaxtaran kimi qeydiyyatdan çıxarılması ilə bağlı suala aydınlıq gətirilib.

XALQ.AZ-ın məlumataına görə, həmin şəxslər aşağıdakılardır:

– Şəxs hərbi və ya alternativ xidmətə, hərbi toplanışlara çağırıldıqda;

– Şəxsin barəsində azadlıqdan məhrumetmə və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

– İşaxtaran kimi qeydiyyata alındığı tarixdən 2 il ərzində müvafiq İcra Hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təklif etdiyi münasib işləri qəbul etmədikdə, 1 il müddətində.