Nazirlik Qusardakı kütləvi zəhərlənmə ilə bağlı məlumat yayıb

Səhiyyə Nazirliyi Qusardakı kütləvi qida zəhərlənməsi ilə bağlı məlumat yayıb.

Nazirlikdən XALQ.AZ-a verilən məlumata görə, Qusarın Qələcuq kəndindən qida zəhərlənməsi ehtimalı ilə bir ailənin 8 üzvü Qusar Mərkəzi Rayon Xəstəxanasına gətirilib.

Xəstələrə lazımi tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

XALQ.AZ