Neft çənindəki güclü yanğınla bağlı rəsmi məlumat (FOTO)

N-3

Bakıda Dövlət Neft Şirkətinin neft çənində baş verən güclü yanğınla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Xalq.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Səbail rayonu Bayıl qəsəbəsində neft çənində qeydə alınıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühavizə Xidmətinin qüvvələri cəlb olunub.

Qeyd edək ki, hadisə ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat katibi Nizaməddin Quliyevin ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, yanğın Mərkəzi neft yığma məntəqəsində qeydə alınıb.

“Hadisə barədə yaxın saatlarda ətraflı məlumat veriləcək. Yanğın söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb”, – deyə Nizaməddin Quliyev bildirib.

N-2

N-3

 

N-4