Neft sektorundan asıllığımızın azaldılması istiqamətində tədbirlər görülür – Nazir

“Sevindirici hal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yeni büdcə qaydasının tətbiqi ilə əlaqədar imzaladığı fərmanda qeyri-neft baza kəsiri üzrə müəyyən göstəricilər təsdiq olunub”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında 2019-cu ilin dövlət büdcəsinin icrasına dair məsələnin müzakirəsi zaman deyib. Nazir bildirib ki, həmin göstəricilər 2019-cu ildə hədəfə qarşı çox sürətlə icra olunub:

“31,1 faizə qarşı 26,6 faiz təşkil edib. Bu da onun göstəricisidir ki, neft sektorundan asıllığımızın tədricən azaldılması istiqamətində əməli tədbirlər görülməkdədir. Büdcə qaydası da bu məqsədlərə xidmət edir”.