Neftçalada yardımçı tikili yanıb

Yangin

Neftçala rayonu Həsənabad qəsəbəsində vətəndaşa məxsus, hazırda fəaliyyət göstərməyən, ümumi sahəsi 350 kv.m olan yardımçı tikilinin dam örtüyünün yanar konstruksiyaları 200 kv.m sahədə yanıb.

XALQ.AZ-ın FHN-in saytına istinadən verdiyi məlumata görə, tikilinin qalan hissəsi mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.