“Neftçi” 3 xal qazandı, “Qarabağ” büdrədi

Neftci

Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

XALQ.AZ-ın məlumatına görə, turun son oyun günündə 2 qarşılaşma keçirilib.

Avropa Liqasının pley-off mərhələsində mübarizəni dayandıran Bakının “Neftçi” klubu “Simurq”la qarşılaşmada 3 xala sevinən tərəf olub.

Tarixində ilk Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” klubu isə yenə xal itirib. Paytaxtın “Bakı” komandasını qəbul edən “Qarabağ” heç-heçə edib.

“Qarabağ” – “Bakı” – 2:2 (İkinci hissə)
Qollar: Çumbinyo, 32-pen. (1:0), Nurlan Novruzov, 66 (1:1), Yure Travner, 70 (1:2), Muarem, 84 (2:2)

“Neftçi” – “Simurq” – 2:1
Qollar: Araz Abdullayev, 2 (1:0), Julius Vobay, 46 (2:0), Staneyoviç, 54 (2:1)