“Neftçi”nin yeni marşı hazırlandı

Bəstəkar Tural Bakuvi və ifaçı Ramal Rəsul “Neftçi” futbol klubu haqda yeni marş hazırlayıb.

XALQ.AZ-ın məlumatına görə, marşın sözləri və musiqisi Tural Bakuviyə, ifası və aranjimanı isə Ramal Rəsula aiddir. Tural və Ramal uşaqlıqdan “Neftçi” azarkeşləri olduğundan bu marşı ərsəyə gətirib. Onlar bu marşın sevimli klubları üçün düşərli və uğurlu olacaqlarına inanırlar.

Paytaxt Bakı şəhərini təmsil edən “Neftçi” Peşəkar Futbol Klubu Azərbaycanın ən məşhur və ən uğurlu peşəkər futbol klublarindan sayilir. “Neftçi” klubu “Qarabağ” klubu ilə yanaşı bütün Azərbaycan çempionatlarında iştirak edən iki komandadan biridir. “Neftçi” komandası 8 dəfə Azərbaycan Premyer Liqasına, 6 dəfə Azərbaycan Kubokuna və 2 dəfə Azərbaycan Superkubokuna sahib olub. Həmçinin, komanda beynəlxalq miqyasda 1 dəfə Birlik Kubokunu qazanıb.
2012-ci ildə, “Neftçi” UEFA Avropa Liqasının play-off mərhələsində Kiprin “APOEL” klubunu iki oyunun nəticəsinə görə 4-2 hesabıyla məğlub edərək yarışın qrup mərhələsinə vəsiqə qazanan ilk və yeganə Azərbaycan komandasıdır.

“Neftçi” komandası öz ev oyunlarını Bakcell Arenada keçirir. Klub həmçinin “Avropa Klub Assosiasiyası”nın (ECA) həqiqi üzvüdür.