Nigar Camaldan fərqli ifa-Video

XALQ.AZ xəbər verir ki, Müğənni Nigar Camal uzun fasilədən sonra yeni mahnısını təqdim edib.

Hər zamankından fərqli tərzə müraciət edən müğənni “Səndən uzaq” adlı mahnıyla sevənlərinin qarşısına çıxıb.

Müğənni fərqli tərzdə mahnı ifa etməsini belə izah edib:

“Mənim ifamda daha çox dinamik mahnılar yer alır deyə, bu dəfə fərqli bir tərzə müraciət etmək istədim. Mahnıda indiyədək etmədiyim müəyyən azərbaycansayağı boğazlar var. Tamaşaçıların bəyənəcəyini umuram”.

Qeyd edək ki, mahnının sözləri Fərid Pənahova, musiqisi isə Flaminque Recordsa aiddir.

Orxan