“Nikoil Bank” kredit ödənilməsinə baxmayaraq yenə dollar tələb edir

Son dövrlər Azərbaycanda problemli kreditlər çoxalıb.Ölkədə baş verən 2-ci  devalvasiyadan sonra  banklar tərəfindən daha da acınacaqlı vəziyyətə salınan vətəndaşların sayı daha da artıb Bu yaxınlarda bankların qurbanına çevrilən belə vətəndaşlardan biri ilə bağlı redaksiyaya məktub göndərilib.Həmin müraciətdə “Nikoil Bank”dan şikayət edilir.

Belə ki,şikayətdə bildirilir ki, Aşurova Vüsalə Yurik qızı onkoloji xəstə olan atasının müalicə etmək  məqsədi ilə noyabrın 26-sı 2014 -cü ildə “Nikoil Bank”-dan kreditə 12 min dollar pul götürüb. Sonradan devalvasiya nəticəsində dolların kursu  qalxıb və vətəndaş borcu ödəyə bilməyib

Vüsalə Aşurova 2014-cü ildən 2017-ci ilin noyabrınacan  “Nikoil Bank”a , götürdüyü  12.000 dollar müqabilində  23.558 dollar pul ödəyib.

11.000 dollardan artıq pul ödəməsinə baxmayaraq bank yenə iddia edir ki,onun yenə  borcu qalıb.

Bu barədə Aşurova Vüsalənin yaxın adamı bildirib.

“11 min dollardan  çox pul ödənilməsinə baxmayaraq  bank deyir  ki,5300 dollar əsas məbləğdən, 2800 dollar isə  faizdən gecikmə var, onu gətirib ödəyin.

Vüsalə Aşurova tək,kimsəsiz  qadındır, balaca bir dükanı var.Bank onu kimsəsiz görüb ona qarşı haqsızlıq edir.Əvvəllər o bankın tərtib etdiyi ödəniş qrafiki ilə  hər ay 700 dollar  pul ödəyərdi.Dollar qalxdı və o bu məbləği  yalnız 6-7 ay ödədi,sonradan borc süni surətdə şişdiyindən daha onun həmin  məbləği ödəməyə  imkanı  çatmadı.

Hətta şişirdilmiş məbləğə görə belə  ödənilməmiş 1500-2000 qalmışdı.Ödənişlərin bütün çekləri var.O başladı 200 dollar verməyə.Bank da 2016-cı ildə qanunsuz olaraq  ondan zamindən xəbərsiz kredit müqaviləsini uzadıb .

Aşurova Vüsalə  pulu ödəyə bilmədiyi ,imkansız vəziyyətdə olduğu üçün “Nikoil Bank”dan  möhlət istəyib, amma bank ona heç bir möhlət verməyib.Bank ədalətsiz olaraq , ödəniş edə-edə onu məhkəməyə verib.Hətta məhkəmədə hakim onun halına açıyaraq  deyib ki,”bəs niyə sən 12 dollar artıq ödəmisən,buna razı olmusan?!”İşlə bağlı biz  Ali Məhkəməyə müraciət etməyi  düşünürük.

Bütün məhkəmə insantisayaları ədalətsiz olaraq  bankın xeyrinə qərar çıxarıb.Təsəvvür edin ki,ödəniş çeklərini aparmışam banka göstərdim , hakim dedi ki, “sən onları evdə düzəltmisən. Sizdə o qədər pul hardandır?!.” Məzələnir bizimlə.Bu vətəndaşa qarşı məmura yaraşmaz münasibətdir.

Güzəşt etməsi üçün “Nikoil Bank”a müraciət etdik  ,amma  bankdan  qeyri-insaniyyətlik göstərərək dedilər ki,”biz heç 5 manat da  keçə bilmərik!”.

Bank özü də bilirdi ki,bu kredit onun ağır xəstə olan atasının müalicəsinə görə götürülüb.Bu haqda sənədlər də var,amma bank bunu da nəzərə almadı. Götürdüyü  kreditin heç onun atasına da xeyri olmadı; atası xəstəxanada öldü.

Sadəcə bank görür ki,məhkəmələr onların xeyrinə qərar çıxardır,həm də kimsəsiz insandır, bundan istifadə edir,”ayağı yer alır”.

Bank  görür ki, sakit adamdır,zəng edib təzyiq edən,qorxudan  kimi gətirib  pul verir, bundan istifadə edir. Bundan baqa Vüsalə Aşurova pulu manatla istəyib, ona isə   dollarla veriblər krediti .Kassadan götürdüyü  pul da manatla olub ki,bu da başqa bir qanunsuzludur.Bu müştərini aldatmaqdır.

Dolların kursu qalxdı ,kredit problemli kreditə çevrildi,amma “Nikoil Bank” dan nə qədər xahiş edilsə də rəhmsizcəsinə  1 qəpik belə  güzəşt etmədi. Bankın işçisi dedi ki,”görürsüz  ki,siz bütün məhkəmələri uduzmusuz.Ona görə də dediyimiz pulu qəpiyinəcən ödəyəcəksiniz”,- deyə Vüsalə Aşurovanın yaxını müxbirimizə bildirdi.

Qarşı tərəfi də dinləməyə hazırıq.

Tia.az