“Niyə haramçılıq edirsiz?” – Şikayət-“Veysəloğlu” bizi belə aldadır

“Veysəloğlu” alıcıları aldadır. İstehsal etdiyi şirniyyatın üzərində Azərbycan dilində bir kəlmə də yazılmayıb, qiyməti də çox yüksək”.

Bu barədə jurnalist Ləman Ələşrəfqızı yazıb. O bildirib ki, marketdə konfetin əcnəbi adına aldanaraq alıb, sonra məlum olub ki, konfet “Veysəloğlu” şirkətinə məxsusdur:

“Ötən gün marketdən gözüm tutan konfetdən 1 kq aldım. “La Monde” yazısından, tərtibatından düşündüm ki, yəqin Makronun ölkəsindən gəlib. Qiyməti də ucuz deyil. Kiloqramı 30 manata. Açdım birini, dad o dad deyil. Elə bil ağzında alma çərdəyi,ərik çərdəyi kimi bir dad var. Uşaq da dişləyib atdı bir kənara. Konfetin kağızını ələk-vələk edirəm görək hara istehsalıdır? Bir də baxıram ki, üstündəki zərif şəffaf kağızda Veysəloğlu yazılıb. Necə əsəbimdən partlayıram bayaqdan. Alıcını aldatmaq deyilmi bu? Üstündə Azərbaycan dilində bir kəlmə də yox. Üstəgəl qiymət. Bu məhsulun maya dəyəri niyə 30 manat olsun ki? Niyə haramçılıq edirsiz? Niyə cibimizə girirsiz?”.